Xəbər lenti

Futbolçunu aparan təyyarə yoxa çıxdı
İdman10:04 22.01.2019

Futbolçunu aparan təyyarə yoxa çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Uelsin "Kardiff Siti" klubunun futbolçusu Emiliano Sala itkin düşüb.
Qaynarinfo Mirror-a istinadən xəbər verir ki, Fransanın Nantes şəhərindən Uelsin paytaxtı Kardiffə doğru yola düşən şəxsi təyyarə yoxa çıxıb. Həmin təyyarədə Salanın olduğu təxmin edilir. Bu barədə Fransa polisi məlumat yayıb.
Qeyd edək ki, əslən Argentinadan olan 28 yaşlı Emiliano Sala "Kardiff Siti"yə 15 milyon funt-sterlinqə transfer edilmişdi.
Gülşən