Xəbər lenti

"Karvan"dan yeni transfer
İdman19:53 05.03.2024

"Karvan"dan yeni transfer

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birinci Liqa təmsilçilərindən olan "Karvan" heyətinə yeni legioner qatıb.
Qaynarinfo xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. 
Yevlax təmsilçisi nigeriyalı futbolçu Sonaqo İsmael Noufounu rənglərinə bağlayıb. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.
Hücumçu mövqeyində çıxış edən futbolçu son olaraq ölkəsinin "Plateau United” klubunda çıxış edib.
Qeyd edək ki, "Karvan" hazırda Birinci  Liqanın turnir cədvəlində 27 xalla 5-cidir.