Xəbər lenti

İdman 14:52 03.08.2022

"Karvan" və "Xəzər Lənkəran"ın sabiq oyunçusu "Turan Tovuz" üçün ianə etdi

"Karvan" və "Xəzər Lənkəran"ın sabiq oyunçusu Yakuba Bamba da Futbolun İnkişaf Fondunun (FİF) "Turan Tovuz"la bağlı başlatdığı "Turan 100K" layihəsinə qoşulub.
 
Qaynarinfo xəbər verir ki, Fil Dişi Sahilindən olan 46 yaşlı keçmiş hücumçu "Turan Tovuz"a avtobus alınması üçün 15 manat ödəyib. Klubun avtobusu üzərinə onun da fotosu yer alacaq.

Bamba bu addımını 2005/2006 mövsümündə Azərbaycanda ilk qolunu "Turan"a vurması ilə əlaqələndirib. İanə edənlər arasında FİF-in icraçı direktoru Tural Piriyev də var. O, "Bölgə futboluna sahib çıxaq" şüarı ilə 60 manat köçürüb.
 
Layihə klub üçün 100 min manat ianə toplamaq məqsədi daşıyır. Veb platformada real futbol meydançası ölçülərinə uyğun 7140 ədəd pikseldən ibarət virtual meydança yerləşdirilib. 1 (15 manat), 4 (60 manat), 9 (135 manat) və 16 (240 manat) pikseldən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək.

Azarkeşlər 30 illik yubileyini qeyd edən Azərbaycanın ilk rəsmi Peşəkar Futbol Klubu olan "Turan Tovuz”a dəstək məqsədilə ianə edərkən aldıqları piksellərə öz şəkillərini yerləşdirə bilərlər. İanəçilərin fotoları klubun avtobusunun üzərində yer alacaq və stadionun seçilmiş ərazisindəki lövhədə öz əksini tapacaq.
 
Hazırda ianə etmək üçün 7080 piksel qalıb.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->