Xəbər lenti

Karyerasını bitirməyə az qalmış koronavirusa yoluxdu
İdman09:03 04.09.2021

Karyerasını bitirməyə az qalmış koronavirusa yoluxdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mövsümün sonunda karyerasını bitirməyi planlaşdıran "Formula 1” komandalarından "Alfa Romeo”nun pilotu Kimi Raikkonen koronavirusa yoluxub.
Qynarinfo xəbər verir ki, bu haqda yarışın rəsmi saytı məlumat yayıb. Açıqlamada mövsümün sonunda karyerasını bitirəcək 41 yaşlı sürücünün "Niderland Qran-prisi”nin qalan hissəsində yer almayacağı bildirilib. "Alfa Romeo” komandası qalan 3 məşq seansı, sıralama turları və yarışda Raikkonenin yerini polşalı Robert Kubikanın alacağını elan edib. 
2006-cı ildə karyerasına başlayan Kubika, 2011-ci ildə keçirdiyi qəzadan sonra işinə bir müddət fasilə verib. Fasilədən sonra, 2019-cu ildə keryerasını bərpa edən 36 yaşlı pilot qatıldığı 97 yarışda biri birinci yer olmaqla ümumilikdə 12 dəfə podyuma qalxıb.
Səbuhi Həsənov