
Portuqaliyanın "Portu" klubunun qapıçısı İker Kasilyas Kolumbiyada təyyarə qəzasına uğramış Braziliyanın "Şapekoense" klubu ilə bağlı başsağlığı verib.
Qaynarinfo.Az xəbər verir ki, təcrübəli qolkiper "Tvitter" hesabında bunları yazıb: "Şapekoense"ni daşıyan təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı diləyirəm. Futbol üçün çətin andır. Dözümlü və səbirli olun".
Qeyd edək ki, təyyarədə 81 nəfər olub. Bunlardan 22-si futbolçu, 21-i jurnalist olub. Cəmi 5 nəfər təyyarədən sağ qurtula bilib. Ölənlər arasında Bakı "İnter"ində və "Xəzər Lənkəran"da oynamış müdafiəçilər - Filipe Maşado ilə Villian Tieqo da olub.
Sonda onu da bildirək ki, Azərbaycanın "Neftçi" klubu da rəsmi "Feysbuk" səhifəsi vasitəsilə ölənlərə başsağlığı verib.
Qaynarinfo.Az