
Ötən mövsüm "Real"da karyeramın ən pis mövsümün keçirdim.
Qaynar.info-nun məlumatına görə, bunu İspaniya yığmasının və "Real Madrid"in qapıçısı İker Kasilyas bildirib.
Ançellotinin kluba gətirilməsinə münasibət bildirən qapıçı onun klubda uğur qazanacağına əmin olduğunu deyib: "Real" düzgün qərar qəbul etdi. Ançelotti məşqçilik karyerasında çoxlu nailiyyətlərə imza atıb. Biz də onunla birlikdə çoxlu nailiyyətlər və böyük qələbələr qazanacağımıza əminik".
Kasilyas yığmadan gedəcəyi tarixi də açıqlayıb.
"Mən 2014-cü il dünya çempionatından sonra yığmadan gedəcəm. Hesab edirəm ki, bu düzgün qərar olacaq" deyə qapıçı bildirib.
Qaynar.info