Xəbər lenti

Kasparov da başsağlığı verdi
İdman14:26 12.01.2014

Kasparov da başsağlığı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şahmat üzrə dünya çempionu bu başsağlığını "Tvitter" səhifəsində yazıb

Şahmat üzrə 13-cü dünya çempionu, əslən bakılı olan Harri Kasparov beynəlxalq qrossmeyster Vüqar Həşimovun vəfatı ilə bağlı başsağlığı verib.

ANS PRESS-in verdiyi məlumata görə, Harri Kasparov bu başsağlığını "Tvitter" səhifəsində yazıb. “Mən Bakıdan olan şahmatçı dostlarıma, Vüqarın ailəsinə başsağlığı verirəm. Düzdür, mən onunla heç vaxt rastlaşmamışam. Həşimovun dünyanın 10 ən güclü şahmatçıları cərgəsinə daxil olması 27 yaşlı şahmatçı üçün böyük uğurdur. Təəssüflər olsun ki, yeni uğurlar qazanmağa xəstəlik ona imkan vermədi”, - deyə Kasparov bildirib.

Qaynar.info