Xəbər lenti

Kaxaber Tsxadadze Azərbaycandan təklif alıb?
İdman09:55 01.03.2020

Kaxaber Tsxadadze Azərbaycandan təklif alıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı "İnter"inin (indiki "Keşlə") sabiq baş məşqçisi Kaxaber Tsxadadze Azərbaycandan təklif alması ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, "Ordabasi"nin baş məşqçisi Qazaxıstan mətbuatına müsahibəsində "Azərbaycandan təklif almağınız haqda xəbərlər doğrudurmu” sualını belə cavablandırıb:
"Bilirsiniz, hər şey olə biər. Ancaq mən "Ordabasi" ilə 2020-ci ilin sonuna qədər müqavilə imzalamışam. Bir-birimizdən məmnunuq. Rəhbərlik işlərimizi bəyənir, bizi də bütün şərtlər qane edir. Mən "Ordabasi"ndayam və işim yaxşı nəticə qazanmaqdır”.
Kaxaber Tsxadadze 2009-2015-ci illərdə "İnter"i çalışdırıb.