"Keçid ballarında dəyişiklik gözlənilir, lakin hansı qruplar üzrə dəyişiklik olması ixtisas seçimindən sonra dəqiq məlum olacaq".
Qaynarinfo xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, gələn həftə Abituriyent 4 jurnalını çap olunacaq: "Həmin jurnalda plan yerləri olacaq. Həmçinin gələn həftə məlumat kitabçası da çap olunacaq, orada abituriyentlərin nəticələri və bal intervalı üzrə paylanma yer alacaq".
V.Misirov qeyd edib ki, ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 9-da başlayacaq və avqustun 19-na kimi davam edəcək: "Sonrakı mərhələdə kolleclərə ixtisas seçimi elan olunacaq".
Şərhlər