Xəbər lenti

Keçmiş deputatın şirkətinə 7 milyon manatlıq tender verildi
Ekonomiks13:08 17.08.2020

Keçmiş deputatın şirkətinə 7 milyon manatlıq tender verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində 1 512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Qaynarinfo vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Azərsutəchizattikinti” ASC-dir.
Qalib şirkətə 6 685,5 min manat ödəniləcək.
Xatırladaq ki, "Azərsutəchizattikinti” 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 24 442 manat, qanuni təmsilçisi isə Milli Məclisin V çağırış deputatı Mirzəcan Xəlilovdur.