Xəbər lenti

Keçmiş direktor nazir köməkçisi təyin edildi
Ekonomiks11:34 05.04.2025

Keçmiş direktor nazir köməkçisi təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İqtisadiyyat Nazirliyinə məxsus "Bakı Biznes Mərkəzi" MMC-nin keçmiş direktoru Seyran Məmmədova yeni vəzifə verilib.
"Report”un əldə etdiyi məlumata görə, o, əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi təyin olunub.
Nazirlikdən faktı təsdiq ediblər.
Xatırladaq ki, S.Məmmədov "Bakı Biznes Mərkəzi”nə 15 il rəhbərlik edib və ötən ay bu vəzifəni tərk edib.