Xəbər lenti

Keçmiş ərinin heyvanlarını oğurladı
Ölkə15:47 11.01.2020

Keçmiş ərinin heyvanlarını oğurladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Gədəbəy rayon sakini Yaqub Tağıyev naməlum şəxs və ya şəxlərin ona məxsus fermadan ümumi dəyəri 4900 manat olan, 5 baş iri buynuzlu mal-qarasını oğurladığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Yaqub Tağıyevə məxsus 5 baş heyvanı onun keçmiş həyat yoldaşı Xəyalə İsmayılova oğurlayıb. O, şöbəyə dəvət olunaraq proflaktiki söhbət aparılıb və oğurladığı heyvanların yeri müəyyən edilərək sahibinə qaytarılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.