Xəbər lenti

Keçmiş hakim məhkəməyə niyə müraciət edib?
Ölkə 15:53 10.07.2024

Keçmiş hakim məhkəməyə niyə müraciət edib?

Xətai Rayon Məhkəməsinin keçmiş hakimi Tamerlan Zeynalov Vəkillər Kollegiyasının Rəyasət Heyətini məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, onun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Orxan Həsənov iş üzrə hakim təyin edilib. 

İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir. 

Tamerlan Zeynalov 2007-2008-ci illərdə hakim işləyib. O, hakimlik karyerasına son verdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul olmağa başlayıb. 
2019-cu ildə onun barəsində 178.2.3-cü (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə cinayət işinin başlanılması və barəsində həbs qərarının çıxarılması barədə mediada məlumat yayılıb. 

Tamerlan Zeynalovun bu olaya görə Vəkillər Kollegiyasından çıxarıldığı bildirilir. Ehtimal olunur ki, onun quruma qarşı məhkəmə iddiası yenidən kollegiyaya üzv qəbul olunmaq istəyi ilə bağlıdır. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->