Xəbər lenti

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı - QİYMƏT
Ekonomiks10:45 09.09.2025

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı - QİYMƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Novxanı qəsəbəsində, dəniz kənarında yerləşən "Mariana Trench” otel daşınmaz əmlak saytında satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, satış elanında otelin 235 milyon 818 min 750 manata satışa çıxarıldığı qeyd olunub.
Qeyd olunur ki, otelin ümumi sahəsi 18 min 954 kvadrat metrə bərabərdir.
Məlumat üçün bildirək ki, mətbuatda satışa çıxarılan otelin Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədova məxsus olması barədə iddialar yer alıb.