Xəbər lenti

Keçmiş müavini icra başçısını məhkəməyə verib
Ölkə13:20 11.07.2013

Keçmiş müavini icra başçısını məhkəməyə verib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Lütfəli Babayevin heç nədən xəbəri yoxdur

Zərdab rayonun icra başçısı Lütfəli Babayev keçmiş müavini Tofiq Abdullayevin onu məhkəməyə verməsindən xəbərsizdir.

Bunu AzNews.az-a açıqlamasında icra başçısı özü bildirib. L.Babayev deyib ki, ona heç bir məhkəmədən bu barədə bildiriş gəlməyib. İcra başçısının sözlərinə görə, müavininin onu hansı iddia ilə məhkəməyə verə biləcəyindən də məlumatsızdır: “Mənə məhkəmədən bildiriş gəlməyib. Tofiq Abdullayevin məni məhkəməyə nə ilə bağlı verə biləcəyi barədə hər hansı ehtimalım da yoxdur”.

Qeyd edək ki, Zərdabın icra başçısının keçmiş müavini T.Abdullayevin L.Babayevi məhkəməyə verdiyi barədə xəbəri bu gün “Azadlıq” qəzeti yayıb. Qəzetin məlumatına görə, keçmiş müavinin iddiasına Şirvan İnzibati-İqtisad Məhkəməsində baxılacaq.

T.Abdullayevin vəkili Adəm Məmmədov isə məhkəmə iddiasının detalları barədə məlumat verməkdən imtina edib. O bildirib ki, yaxın günlərdə bu barədə geniş açıqlamaları olacaq və ictimaiyyət hər şeyi təfərrüatı ilə biləcək.

Xatırladaq ki, L.Babayev müavini T.Abdullayevi iki ay qabaq tutduğu vəzifədən azad etmişdi. Mətbuat yazırdı ki, icra başçısı özü haqqında KİV-də dərc olunan mənfi xarakterli yazıların müavini tərəfindən ötürüldüyünü öyrəndiyi üçün onu işdən qovmuşdu. İcra başçısı isə bu məlumatı təkzib edib bildirmişdi ki, T.Abdullayev işini yaxşı görmədiyi üçün vəzifəsindən azad edilib.

T.Abdullayevin vəkili A.Məmmədov isə AzNews.az-a açıqlamasında bildirib ki, icra başçısından məhkəməyə etdikləri şikayət artıq icraata götürülüb və yəqin ki, yaxın günlərdə L.Babayevə bu barədə teleqram göndəriləcək.