Ölkə 16:43 27.05.2022

Keçmiş nazir ürəyindən əməliyyat olunacaq

Dünən ev dustaqlığına buraxılan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun ürəyində ciddi problemlər yaranıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, vəziyyəti ağır olan keçmiş nazir ev dustaqlığına buraxıldıqdan dərhal sonra müalicə üçün xəstəxanaya yerləşdirilib. 

Yaxınlarının verdiyi məlumata görə, həkimlərin tövsiyyəsi ilə xəstəxanada müalicəsini davam etdirən Səlim Müslümov ürəyindən əməliyyat ediləcək. Sabiq nazir təzyiq və şəkər xəstəliyindən də əziyyət çəkir. 

Qeyd edək ki, dünən Səbail rayon Məhkəməsi Səlim Müslümov barəsində həbs qətimkan tədbirini dəyişib və ev dustaqlığına buraxıb.

Keçmiş nazir barəsində olan korrupsiya əməllərinə görə ötən ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

Əhməd