Ölkə 13:46 19.07.2021

Keçmiş polis işçisi "patı" satarkən yaxalandı (YENİLƏNİB)

Baş Prokurorluq Qubadakı hadisə ilə bağlı rəsmi açıqlama yayıb.

Qurumun Mətbuat xidmətindən Qaynarinfo-ya daxil olan məlumatda deyilir:

"Bəzi kütləvi informasiya vasitələrində Quba rayonunun keçmiş prokuroru Rafiq Abbasovun oğlunin narkotik vasitələrin satışını həyata keçirən zaman saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib hadisə yerindən qaçması barədə məlumatlar dərc edilib.

Bununla bağlı qeyd edirik ki, Quba Rayon Prokurorluğunda Rafiq Abbasov adlı şəxs prokuror və ya hər-hansı digər vəzifədə işləməyib.

Bu cür dəqiqləşdirilməmiş məlumatların yayılmasını təəsüf hissi ilə qeyd etməklə, gələcəkdə qeyri-dəqiq informasiyanın ictimailəşdirilməsinin yol verilməzliyi kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılır".
 
12.50

Quba rayonunda keçmiş prokurorun oğlu külli miqdarda "patı” satarkən yaxalanıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün rayon ərazisində keçirilən əməliyyat zamanı "Yırtıcı Rauf” ləqəbi ilə tanınan Rauf Abbasov və digər şəxslər "patı” adlanan metamfetamin, heroin və tiryək satarkən ələ keçirilib.

Əməliyyat zamanı digər şəxslər saxlanılsa da, Rauf Abbasov polis əməkdaşlarına qarşı bıçaqla müqavimət göstərərək hadisə yerindən qaçıb.

Hazırda onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rauf Abbasov Qubanın keçmiş prokuroru Rafiq Abbasovun oğludur. Rauf Abbasov da Qusar Rayon Polis Şöbəsinin keçmiş əməkdaşı olub. O, xidmətdə olduğu zaman narkotik istifadə etdiyi üçün xidmətdən xaric edilib.