Xəbər lenti

Keçmiş rektora 50 milyon manatlıq rüşvət ittihamı
Ölkə08:35 06.03.2014

Keçmiş rektora 50 milyon manatlıq rüşvət ittihamı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vidadi İsgəndərli Şəmsəddin Hacıyevin qanunsuz tələbə qəbulundan bu qədər pul qazandığını iddia edir 

Dünən işdən çıxarılan İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevlə bağlı olduqca maraqlı bir iddia gündəmə gəlib. JAM.AZ xəbər verir ki, həmin iddianı irəli sürən isə tanınmış hüquq müdafiəçisi Vidadi İsgəndərlidir. 

İsgəndərli özünün Facebook hesabında yazıb ki, Şəmsəddin Hacıyev rektor təyinatı aldıqdan sonra bir sıra qeyri-qanuni əmələ imza atıb. "Şəmsəddin Hacıyev rektor təyin olunandan sonra ağzından süd iyi gələn kürəkəni Seymuru prorektor vəzifəsinə gətirdi. Təkcə universitetə qeyri-qanuni tələbə qəbulunu yoxlasalar, onun 50 milyon manat qazandığını müəyyən edə bilərlər. Bu mənim təxmini hesablamalarımdır. Amma bu rəqəm daha böyük də ola bilər".

Hüquq müdafiəçisi daha sonra yazıb ki, İqtisad Universitetinin keçmiş rektorunu təkcə işdən çıxarmamalı, həm də onun deputat mandatını ləğv edərək, haqqında cinayət işinin açılması lazımdır: "Onun əmlakı müsadirə olunaraq, büdcəyə keçirilməlidir. Haqqında isə cinayət işi açılmalıdır".

Qaynar.info