Xəbər lenti

Keçmiş sədr “Meqa Həyat Sığorta” rəhbərliyinə gətirildi
Ekonomiks13:58 20.12.2019

Keçmiş sədr “Meqa Həyat Sığorta” rəhbərliyinə gətirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azsığorta” ASC-nin İdarə Heyətinin (İH) keçmiş sədri Anar Talıbov bu ilin sentyabr ayında yaradılmış və hələ lisenziya almamış "Meqa Həyat Sığorta” ASC-nin İH-nin sədri təyin edilib.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, o, bu vəzifədə Hamlet Qarayevi əvəz edib.
Xatırladaq ki, A.Talıbov elə sentyabrda "Azsığorta”dakı vəzifəsindən azad edilərək şirkətin Direktorlar Şurasına üzv seçilmişdi.
Nizamnamə kapitalı 11 milyon manat olan "Meqa Həyat Sığorta”nın təsisçisi 100% "Meqa Sığorta” ASC-dir. Hər iki şirkət eyni hüquqi ünvanda - Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19-da dövlət qeydiyyatına alınıb.