Xəbər lenti

Keçmiş vitse-admiral Bakı Hərbi Məhkəməsinə aparıldı
Ölkə08:22 17.07.2014

Keçmiş vitse-admiral Bakı Hərbi Məhkəməsinə aparıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 17-də müdafiə nazirinin sabiq müavini, Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş komandanı, vitse-admiral Şahin Sultanov saxlanıldığı Bakı İstintaq Təcridxanasından Bakı Hərbi Məhkəməsinə gətirilib.

Qaynar.info xəbər verir ki, bu haqda musavat.com-a məlumat verən vitse-admiralın vəkili Adəm Məmmədov müvəkkili haqda 3 aylıq həbs-qətimkan tədbirinin uzadılması barədə Hərbi Prokurorluğun təqdimatının olduğunu bildirib.

Vəkil prosesin hələ başlanmadığını da söyləyib.

Xatırladaq ki, bu il aprelin 23-də Bakı Hərbi Məhkəməsində Ş.Sultanov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Vitse-admirala Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.
 
Qaynar.info