Xəbər lenti

Kef məclisi yasa döndü: dostları göz önündə can verdi
Ölkə09:35 21.06.2014

Kef məclisi yasa döndü: dostları göz önündə can verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Spirtli içki qəbul edən Elşad Həmidov dostları ilə kanalda çimərkən qəflətən suda boğulub

Spirtli içki qəbul edərək çimməyə gedən Göyçay rayon sakini su kanalında boğulub. Hadisə rayonun Qaraxıdır kəndində baş verib. 

ANS PRESS-in məlumatına görə, hadisəni EL TV işıqlandırıb. 27 yaşlı Elşad Həmidov yaşadığı kənddə keçirilən toy mərasimində dostları ilə yeyib-içdikdən sonra onlarla birgə yaxınlıqdakı su kanalında çimməyə gedib. Spirtli içki qəbul edən Elşad Həmidov dostları ilə kanalda çimərkən qəflətən suda boğulub. 

Hadisə şahidlərinin sözlərinə görə, gənclərin hamısı spirtli içki qəbul etdikləri üçün boğulana kömək edə bilməyiblər. 

Kəndə çağırılan Göyçay Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri də bir uşaq atası olan Elşad Həmidovun həyatını xilas edə bilməyiblər. Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qaynar.info