Xəbər lenti

Kəmaləddin Heydərova məxsus olduğu deyilən şirkət məhkəməyə verildi
Ekonomiks 16:23 12.12.2022

Kəmaləddin Heydərova məxsus olduğu deyilən şirkət məhkəməyə verildi

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes subyektlərindən biri olduğu bildirilən "Az Varvara” MMC barəsində inzibati iş başlanıb. 

Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 469.2-ci ("İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə ittiham olunur. 

Baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilən iş hakim Kamil Əliyevin icraatındadır.

"Az Varvara” MMC 29 iyun 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin qanuni təmsilçisi Əhədpur Mənuçeh Xangah Əli oğludur. 

Mənuçehr Əhədpur Kəmaləddin Heydərovun biznes ortağı kimi tanınır. Hər halda Kəmaləddin Hedyərovun biznes imperiyası barəsində dərc edilən araşdırma materiallarında Əhədpurla nazirin adı yanaşı çəkilir. Həmçinin bəlli olur ki, Kəmaləddin Heydərovun nəzarətində olan bir neçə şirkətin qanuni təmsilçisi Mənuçehr Əhədpurdur. 

"Az Varvara” MMC bir neçə il əvvəl balıq yetişdirmə ilə məşğul olan "Varvara balıq” Açıq Səhmdar Cəmiyyətini almaqla gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda deyilirdi ki, "Az Varvara” MMC müəssisənin müasir texnologiyalar əsasında yenidən qurulması üçün 12 mln. manat investisiya yatıracaq.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->