Xəbər lenti

Kəmaləddin Heydərovun bacanağının şirkəti yenidən məhkəməyə verildi
Ekonomiks14:23 25.11.2022

Kəmaləddin Heydərovun bacanağının şirkəti yenidən məhkəməyə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sığorta sahəsində aparıcı şirkətlərdən olan "Azsığorta” ASC növbəti dəfə məhkəməyə verilib. 
Qaynarinfo xəbər verir ki, bu dəfə iddiaçı "FBCO” MMC-dir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır. Dekbarın 19-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib.
İşin mahiyyəti barədə açıq mənbələrdə məlumat yoxdur. Bəzi iddialara görə, məhkəmə çəkişməsinin səbəbi "Azsığorta” ASC-nin "FBCO” MMC ilə bağlı öhdəliklərinin yerinə yetirməməsi ilə bağlıdır. 
"Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.
"Azsığorta” ASC-nin qeyri-rəsmi sahibi isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov isə Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.
Bundan əvvəl "Azsığorta” ASC-ni "Diglas” Ticarət Mərkəzinin direktor müavini Araz Rəhimov məhkəməyə vermişdi.
Seyid