Xəbər lenti

“Kəmaləddin Heydərovun mahnısı himn olsun” - TƏKLİF
Ölkə09:58 17.06.2014

“Kəmaləddin Heydərovun mahnısı himn olsun” - TƏKLİF

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Millət vəkili Etibar Hüseynov fövləqadə hallar nazir, bəstəkar Kamaləddin Heydərovun "Xalq Heydər deyir" mahnısı ilə bağlı maraqlı təklif irəli sürüb. 
Qaynar.info AzVision.az-a istinadən xəbər verir ki, deputat bu mahnının Azərbaycanda Milli Qurtuluş Günün himni olmasını təklif edib:
“Bu il bir daha əmin oldum ki, Kamaləddin Heydərovun "Xalq Heydər deyir" mahnısı mərhum prezidentə həsr olunmuş əsərlərin ən möhtəşəmidir. Və bu tək mənim subyektiv fikrim deyil. Ona görə mən də hesab edirem ki, bu mahnı "Qurtuluş Günü"nün himni olmalıdır. Əslində bu de-fakto belədir. Və ona görə də Yeni Azərbaycan Partiyasının bu təşəbbüslə çıxış edib məsələni rəsmiləşdirməsi heç də pis olmazdı məncə”.
Qaynar.info