Xəbər lenti

Ekonomiks 13:42 04.11.2023

Kəndlilərin istehlak xərcləri şəhər əhalisindən niyə çoxdur? (ŞƏRH)

"Burda statistika bir az qəliz dildə yazılıb, amma göstəricilərin məntiqi ondan ibarətdir ki, biz qazancımızın neçə faizini, hansı hissəsini qidaya xərcləyirik".

Bu sözləri Valyuta.az-a iqtisadçı Natiq Cəfərli Dövlət Statistika Komitəsinin yaydığı statistik göstəriciləri şərh edərkən deyib.

İqtisadçı bildirib ki, rayon və kənd əhalisi daha az pul qazandığından, şəhərdə yaşayanlara nisbətən onların gəlirləri daha azdır:

"Ona görə də faiz nisbətində, natural vəziyyətdə, yəni rəqəmsal olaraq qidaya şəhər əhalisindən daha çox pul xərcləyir. Bu nöqteyi nəzərdən statistikanın verdiyi rəqəmlərdə həqiqət var. Amma bu həm də onu göstərir ki, Azərbaycanda kənd əhalisinin öz ehtiyaclarını ödəmək üçün belə kənd təsərrüfatı ilə məşğul olmasında problemlər var. Hökümətin əsas vəzifəsi indi bu problemləri araşdırıb, aradan qaldırılmasının yollarını tapmaqdır".

Qeyd edək ki, Azərbaycanda 2023-cü ilin ilk altı ayında əhalinin adambaşına düşən istehlak xərcləri ilin əvvəli ilə müqayisədə 1.22 faiz artıb. Dövlət Statistika Komitəsinin yaydığı məlunata görə, 2023-cü ilin ilk yarısı ərzində əhali adambaşına istehlak xərclərinə 337.51 manat xərc çəkib. Bu 2021-ci ilin sonu 308.58 manat və 2022-ci ilin sonu 333.43 manat idi. Statistikadan aydın olur ki, ev təsərrüfatlarının xərclərinin 45.4 faizi və ya 153.12 manatı qidaya xərclənib. 2022-ci ilin sonuna olan göstəriciyə görə bu öncəki ildə 44.1 faiz təşkil edib.

Şəhər əhalisi istehlaka 351.84 manat adambaşına xərc çəkməklə bunun 44 faizini və ya 154.98 manatını qidaya xərcləyib. Kəndlərdə yaşayan əhali isə hesabat dövründə aylıq adambaşına 321.01 manat istehlak xərclərinin 46.78 faizini və ya 150.16 manatını qidaya xərcləyib. Öncəki ildə bu rəqəm kənd əhalisində 44.6 faiz təşkil edirdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->