İdman 14:28 06.05.2022

"Kəpəz" dopinq otağına görə cərimələndi

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, iclasın Birinci Divizionun 24-cü turuna aid olan hissəsi ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

I Divizionun XXIV turunun "Neftçi-2” – "Zirə-2” oyununda "Neftçi-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

I Divizionun XXIV turunun "Neftçi-2” – "Zirə-2” oyununda "Neftçi-2” klubunun 54 nömrəli futbolçusu Hüseyn Əhmədov oyunun 42-ci dəqiqəsində "sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur.

I Divizionun XXIV turunun "Neftçi-2” – "Zirə-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur.

I Divizionun XXIV turunun "Qarabağ-2” – "Sabah-2” oyununda "Qarabağ-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

I Divizionun XXIV turunun "Qarabağ-2” – "Sabah-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur.

I Divizionun XXIV turunun "Qarabağ-2” – "Sabah-2” oyununda matçın 53-cü dəqiqəsində "Qarabağ-2” klubunun məşqçisi Vüqar Rüstəmov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 80 manat cərimə olunur.

I Divizionun XXIV turunun "Qarabağ-2” – "Sabah-2” oyununda "Qarabağ-2” klubunun rəsmisi Uğur Təhməzov hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyun cəzalanır klub 400 manat cərimə olunur.

I Divizionun XXIV turunun "Kəpəz” – MOİK oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur. 

I Divizionun XXIV turunun "Kəpəz” – MOİK oyununda dopinq nəzarət otağı hazır olmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur.

I Divizionun XXIV turunun "Qaradağ Lökbatan” – "Qəbələ-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur. 

I Divizionun XXIV turunun "Qaradağ Lökbatan” – "Qəbələ-2” oyununda meydança vaxtında sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur.

I Divizionun XXIV turunun "Qaradağ Lökbatan” – "Qəbələ-2” oyununda "Qəbələ-2” klubunun 44 nömrəli futbolçusu Salman Ələsgərov oyunun 51-ci dəqiqəsində "sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur.

Səbuhi Həsənov