İdman 15:32 10.04.2023

"Kəpəz"in ev oyunlarını harada keçirəcəyi dəqiqləşdi

"Kəpəz" mövsümün sonuna qədər qalan oyunlarını Qəbələdə keçirəcək.
 
Qaynarinfo xəbər verir ki, Gəncə şəhər stadionunun ot örtüyünün vəziyyətinin Misli Premyer Liqasının oyunlarını qəbul etmək üçün yararlı olmaması ilə əlaqədar Peşəkar Futbol Liqası "Kəpəz”  klubunun müraciət və təsdiq məktubunu nəzərə alaraq aprel ayının əvvəlcədən açıqlanan təqvimində dəyişiklik edib.
 
Belə ki, aprelin 15-də baş tutacaq "Kəpəz" - "Turan Tovuz" və ayın 29-da keçiriləcək "Kəpəz" - "Sumqayıt" görüşləri Gəncə şəhər stadionunda deyil, Qəbələdə oynanılacaq. 
 
Renovasiya işlərinə Peşəkar Futbol Liqası tərəfindən baxış keçirildikdən sonra "Kəpəz”in 33-cü turdan sonrakı ev oyunlarının Gəncədə keçirib-keçirməyəcəyinə yekun qərar veriləcək.
 
Səbuhi Həsənov