"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi iranlı müdafiəçi Peyman Keşavarzini heyətinə qatıb. Futbolçu ilə bir illik müqavilə imzalanıb.
Peyman əvvəllər ölkəmizdə "Sumqayıt" və "Səbail"in də formasını geyinib.
Səbuhi Həsənov