Xəbər lenti

"Kəpəz" Malta millisinin futbolçusunu transfer etdi
İdman21:53 24.01.2025

"Kəpəz" Malta millisinin futbolçusunu transfer etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Kəpəz" Malta millisinin futbolçusunu transfer edib.

Klubdan  verilən məlumata görə, Gəncə təmilçisi Trent Buhagiarla "6 ay + 1 il" müqavilə imzalayıb.

O, ampluaca yarımmüdafiəçi mövqeyində çıxış edir.

Əslən Avstraliyadan olan Buhagiar Malta yığmasının üzvüdür. Trent tarixi vətənində bir sıra klubların heyətində çıxış edib. 26 yaşlı futbolçunun son klubu İtaliya B Seriyasından "Breşiya" olub.