"Kəpəz"in sabiq prezidenti Rza Məmmədov dünyasını dəyişib.
Bu barədə Qaynarinfo-ya klubun mətbuat katibi Azad Mustafayev məlumat verib. Mustafayev sabiq prezidentin bu gün dəfn edildiyni də bildirib: "Bəli, klubun sabiq prezidenti rəhmətə gedib. Eşitdiyimə görə, xəstə imiş, daha doğrusu ürəyində problem olub. Bu gün dəfn edilib. Yəqin ki, günortadan sonra onun məzarını ziyart edəcəyik. Pandemiyaya görə məclislərə icazə verilmir. O, Gəncənin ən tanınmış, hörmətli adamlarından olub. Uzun müddət "Neftçi"nin köhnə bazasının müdiri kimi çalışıb. Özü də çörək verən insan olub. Hamıya kömək edirmiş. Pandemiyaya görə elə bir məqamda gedəcəyik ki, adam az olsun".
Məmmədov 1990-cı illərin sonlarında əyalət təmsilçisinin prezidenti kimi fəaliyyət göstərib. "Kəpəz" onun rəhbərliyi altında 1997/1998 mövsümündə ölkə kubokunun, 1998/1999 mövsümündə isə çempionatın qalibi adını qazanıb.
Səbuhi Həsənov