"Kəpəz"in qış hazırlıq planı müəyyənləşib.
Qaynarinfo-nun məlumatına görə, komanda çempionatın ikinci hissəsinə hazırlığı Gəncədə keçirəcək.
"Sarı-göylər" yanvarın 4-də şəhər stadionunda bir araya gələcəklər. Təlim-məşq toplanışı dövründə Gəncə klubu bir neçə yoxlama matçı keçirəcək. Rəqiblərdən ikisi artıq bəllidir. Adil Şükürovun rəhbərlik etdiyi kollektiv "Qəbələ" və "Araz-Naxçıvan"la qarşılaşacaq.
Oyunlar müvafiq olaraq yanvarın 10-u və 15-i tarixlərinə təyin olunub. Yoxlama matçlarının yeri və saatı barədə məlumat qarşıdakı günlərdə veriləcək.
Səbuhi Həsənov