Xəbər lenti

"Kəpəz" rəsmisi: "Ora nə satıla, nə də kiməsə verilə bilər"
İdman08:40 10.01.2022

"Kəpəz" rəsmisi: "Ora nə satıla, nə də kiməsə verilə bilər"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son günlər "Kəpəz"in stadionunun maşın dayanacağının satılması ilə bağlı söh-söhbətlər səngimək bilmir. Yayılan xəbərlərə görə Gəncə Şəhər Stadionunun maşın saxlamaq üçün nəzərdə tutulmuş ərazisi kimlərəsə satılıb. Hətta, həmin ərazinin kubiklə əhatələndiyi və cızıqlarla ayrıldığı bildirilib. Məsələ ilə bağlı klubun mətbuat katibi Azad Mustafayevin fikirlərini öyrəndik. 
Mustafayev Qaynarinfo-ya açıqlamasında bunları söylədi:
"Kəpəz"in Müşahidə Şurasının üzvü, millət vəkili eyni zamanda Gənclər İdman Komitəsinin üzvü Müşfiq Cəfərov bir qədər öncə məlum hadisələrlə bağlı mənimlə əlaqə saxladı. Bildirdi ki, son günlər mətbuatda yazılanlar onun da diqqətindədir. Ötən iki gün qeyri-iş günü olub.  Amma bu gün, o, rəsmi qurumlarla danışıb. Gəncə Şəhər Memarlıq İdarəsi və şəhər rəhbərliyi ilə təmasda olub.  Vəziyyətlə bağlı nigaranlığını, narahatlığını bildirib. Orada ona məlumat verilib ki, nə satlmadan nə də kiməsə verilmədən söhbət gedə bilər. Belə xəbər yoxdur, kimsə gəlib oraya kubik qoyub və ya hansısa cızıq çəkibsə, bunu özbaşına edib. Ora nə satıla, nə də kiməsə verilə bilər. Birbaşa deputatın özünün müdaxilə etməsindən sonra məsələnin həlli müsbət yönə doğru gedir. Kimsə bunu özbaşına edibsə, araşdırılacaq və qarşısı alınacaq".
Səbuhi Həsənov