Xəbər lenti

"Kəpəz" "Saraqosa" və "Rasinq"in sabiq futbolçusunu transfer etdi
İdman13:28 01.09.2023

"Kəpəz" "Saraqosa" və "Rasinq"in sabiq futbolçusunu transfer etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Qaynarinfo-nun məlumatına görə, gürcüstanlı Georgi Papunaişvili "sarı-göylər"in şərəfini qoruyacaq. 27 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb. 
Tbilisi "Dinamo"sunun yetirməsi olan Papunaişvili ölkəsi ilə yanaşı, Avropada da top qovub. İspaniyada "Saraqosa” və "Rasinq”də forma geyinib. Kiprin "Apollon” və Serbiyanın "Radniçki” klublarında oynayıb. Gürcüstan yığma komandasında meydana çıxdığı 12 oyunda 2 qol vurub. 
Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Georginin son klubu ölkəsində "Telavi" olub.
Səbuhi Həsənov