Xəbər lenti

"Kəpəz" səfərdə "Araz-Naxçıvan"a qalib gəldi
İdman19:31 05.04.2024

"Kəpəz" səfərdə "Araz-Naxçıvan"a qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.
Qaynarinfo  xəbər verir ki, günün yeganə matçında "Araz-Naxçıvan" və "Kəpəz" üz-üzə gəlib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 16-cı dəqiqədə meydan sahiblərinin heyətindən Miço Kuzmanoviç açıb. 54-cü dəqiqədə Junior Martins tablodakı rəqəmləri bərabərləşdirib. Matçın yekun nəticəsini 62-ci dəqiqədə Mate Kvirkviya müəyyənləşdirib.
Bu nəticədən sonra "Araz-Naxçıvan" 32 xalla 8-ci, xallarını 30-a yüksəldən "Kəpəz" isə doqquzuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları aprelin 6-7-də keçiriləcək.