Transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçunun keçidini həll edib.
Qaynarinfo-nun məlumatına görə, klub seneqallı Latir Falla müqavilə bağlayıb. Onunla ikiillik (1+1) müqavilə imzalanıb.
Yarımmüdafiəçi mövqeyində çıxış edən Falın son klubu Portuqaliya "Eştrela"sı olub.
Səbuhi Həsənov