İdman 16:03 23.09.2022

"Kəpəz" və "Qəbələ" azarkeşləri hakimləri təhqir edib

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, Misli Premyer Liqasının 7-ci turuna həsr olunmuş iclasda aşağıdakı qərarlar qəbul olunub.

"Sabah” – "Turan Tovuz” oyununda oyunun 36-cı dəqiqəsində "Turan Tovuz” klubunun 8 nömrəli futbolçusu Şakir Seyidov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 1600 manat cərimə olunur.

"Qəbələ” – "Sumqayıt” oyununda oyunun 83-cü dəqiqəsində "Qəbələ” klubunun azarkeşləri tərəfindən baş hakim təhqir edildiyi üçün "Qəbələ” klubu 4000 manat cərimə olunur.

"Qəbələ” – "Sumqayıt” oyununda oyunun 84-cü dəqiqəsində "Qəbələ” klubunun 7 nömrəli futbolçusu Rövlan Muradov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.

"Səbail” – "Neftçi” oyununda oyundan sonra isti su təchizatının olmaması və hakimlər üçün isti suyun təmin olunmamasına görə "Səbail” klubu 800 manat cərimə olunur.

"Kəpəz” – "Şamaxı” oyununda oyunun 34-cü dəqiqəsində "Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlədildiyi üçün "Kəpəz” klubu 4000 manat cərimə olunur.

"Kəpəz” – "Şamaxı” oyununda 2-ci hissədə "Şamaxı” komandası meydana 3 dəqiqə gec daxil olduğu üçün "Şamaxı” klubu 800 manat cərimə olunur.

"Kəpəz” – "Şamaxı” oyununda "Kəpəz” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

"Kəpəz” – "Şamaxı” oyununda "Şamaxı” klubunun 2 nömrəli futbolçusu Rauf Hüseynli oyundan sonra hakimin qərarına öz etirazını bildirməsinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Səbuhi Həsənov