Xəbər lenti

Kərəm Həsənov “Qorotdel”in yerində göydələnlər ucaltdı -FOTOLAR
Ölkə06:53 29.06.2015

Kərəm Həsənov “Qorotdel”in yerində göydələnlər ucaltdı -FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəsimi rayonunda, Bakı Şəhər Baş Polis İdarəsinin ("Qoratdel") keçmiş binasının yerində bir neçə hündür mərtəbəli bina ucaldılıb. 

AzNews.az-ın məlumatına görə, “Azinko” şirkətinin ucaltdığı binalar gözəlliyinə və möhkəmliyinə görə Bakıda ən bahalı yaşayış binalarından biri sayılır.

Binanın birinci mərtəbəsində poliklinika olacaq, qalan mərtəbələr isə yaşayış üçün nəzərdə tutulub. 

19 mərtəbədən ibarət olan binada mənzillərin bir kvadrat metrinin qiyməti 2500 manatdan başlayır. 

Qeyd edək ki, “Azinko” şirkəti Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənova məxsusdur.

Qaynar.info