Xəbər lenti

Kərəm Həsənov "8-ci kilometr bazarı"nı necə mənimsədi?
Ekonomiks09:43 09.02.2015

Kərəm Həsənov "8-ci kilometr bazarı"nı necə mənimsədi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kərəm Həsənov "8-ci kilometr bazarı"nı necə mənimsədi?

Vətəninfo.az-a "8-ci kilometr bazarı" ilə bağlı ilginc məlumatlar daxil olub. Məlumatda iddia edilir ki, qeyd olunan bazar bir neçə müddətdir ki, Əmlak Komitəsinin sədri Kərəm Həsənovun bilavasitə göstərişi ilə müxtəlif bəhanələrlə Mirəli Bağırovun əlindən alınaraq komitə sədrinin yaxın adamı olan Rasim adlı polis polkovnikinin adına keçirilib. 

Məlumatda qeyd edilir ki, bununla bağlı Mirəli Bağırov məhkəməyə müraciət edib və hazırda məhkəmə prosesi gedir. İddiaya görə, vəziyyətin belə olduğunu görən Kərəm Həsənov məsələni elə göstərməyə çalışıb ki, guya bazar hərraca çıxarılıb və onu Rasim adlı polkovnikin oğlu alıb. Bununla da Kərəm Həsənov polis polkovnikinin adının hallanmamasının qarşısını alıb.

Qaynar.info