Xəbər lenti

"Keşlə" "Sumqayıt"ı məğlub etdi
İdman18:57 15.12.2021

"Keşlə" "Sumqayıt"ı məğlub etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
Qaynarinfo xəbər verir ki, "Keşlə" Sumqayıtda eyniadlı komandanın qonağı olub. "Kapital Bank Arena"da oynanılan qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra xallarını 14-ə çatdıran "Keşlə" 5-ci pilləyə yüksəlib. 12 xalı olan "Sumqayıt" isə 7-ci sıraya geriləyib.
Qeyd edək ki, günün ilk oyununda "Neftçi" səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib. Tura dekabrın 16-da keçiriləcək "Səbail" - "Sabah" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.