Millimizin və "Keşlə"nin futbolçusu Azər Salahlının zədəsinin müayinəsindən sonra futbolçuda ikitərəfli qasıq yırtığı aşkar edilmişdi.
Qaynarinfo xəbər verir ki, müdafiəçi zədəsi ilə əlaqədar Türkiyədə əməliyyat olunub. Klubun mətbuat xidmətinin məlumatına görə Salahlının Liv Hospitalında keçirdiyi əməliyyat uğurlu alınıb.
Hazırda özünü yaxşı hiss edən futbolçu iki gündən sonra vətənə qayıdacaq.
Səbuhi Həsənov