Xəbər lenti

"Keşlə"nin oyununu gürcü hakimlər idarə edəcək
İdman17:33 17.08.2020

"Keşlə"nin oyununu gürcü hakimlər idarə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının "Keşlə” futbol klubunun UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Albaniyanın "Laçi” klubu ilə oyununun hakimləri açıqlanıb.
Qaynarinfo xəbər verir ki, Bakıda keçiriləcək görüşü gürcüstanlı hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Georgi Kikaçeişvili olacaq. Ona yan xətdə həmyerliləri Davit Qabisoniya və David Axvlediani kömək edəcəklər. Dördüncü hakim isə İrakli Kvirikaşvili olacaq.
Qeyd edək ki, "Keşlə”–"Laçi” oyunu avqustun 27-də saat 21:00-da "ASK Arena”da start götürəcək.