Avropada "Avro birliyinə qarşı ilk üsyan" kimi səciyyələndirilən hadisə yaşanıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın cənubunda 550 nəfərin yaşadığı kiçik Kastellino del Biferno qəsəbəsi öz pul vahidini tədavülə buraxıb. Dukati adlı pul vahidi avro ilə eyni məzənnədədir. Yəni 1 dukati 1 avroya bərabərdir.
Qəsəbə sakinləri alış-verişdə ancaq öz pul vahidlərindən istifadə edirlər. Mağazalar isə əllərindəki dukatiləri həftədə bir dəfə bələdiyyəyə apararaq, qarşılığında avro alırlar.
Camal