PSJ-nin hücumçusu Kilian Mbappe Paris klubu ilə müqaviləsini yeniləməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın ünlü L'Equipe nəşri məlumat
yayıb.
Mbappenin PSJ ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədər qüvvədədir və daha bir mövsüm uzadılmasını nəzərdə tutur, lakin fransız hücumçu bu seçimi aktivləşdirməyəcək.
Buna baxmayaraq, PSJ bu yay transfer pəncərəsində Mbappeni satmaq fikrində deyil, ona görə də gələn mövsümün sonunda Kilian Paris klubundan pulsuz ayrıla bilər.
Nizami Bağırov