Xəbər lenti

Kimlərin vaksinasiya olunmasına ehtiyac yoxdur? - Professor
Ekonomiks13:01 31.05.2021

Kimlərin vaksinasiya olunmasına ehtiyac yoxdur? - Professor

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Vaksin olunmaq istəyən şəxslər antikor testi verməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla COVİD-19 virusuna yoluxub sağalan şəxlsərin 6 aydan sonra vaksinasiya olunması ilə bağlı suallara aydınlıq gətirərkən deyib.
"Ayın fərqi yoxdur. Virusa yoluxub ya yoluxmayıb, əgər vaksin olunmaq istəyən şəxs vəziyyəti bilmək istəyirsə, antikor testi verməlidir. Bu testin nəticəsi aşağıdırsa, həmin şəxslər vaksin oluna bilər. Yox, antikor testi normaldırsa, həmin şəxslərin vaksinasiya olunmasına ehtiyac yoxdur”. 
Bahar Rüstəmli