Azərbaycan Kinematoqrafçılar İttifaqı Milli Kino Gününə hazırlaşır.
İttifaqın katibi Əli İsa Cabbarovun Qaynarinfo-ya verdiyi məlumata görə, həmin günü ənənəvi mükafatlar təqdim ediləcək:
"3 nəfərə pull mükafatı təqdim olunacaq. Bununla yanaşı, "Mən qadınam" senari müsabiqəsinin qalibləri də elan ediləcək. Bu mükafatlat da pulludur”.
Əli İsa Cabbarovun sözlərinə görə, "Mən qadınam” senari müsabiqəsində qaliblərə təqdim olunacaq pul mükafatı belə olacaq:
"1-ci yer 2000, 2-ci yer 1500, 3-cü yer 1000 manat. Qalibləri təbrik edirik”.
Bahar Rüstəmli