
Bu insandan insana dəyişir, amma bəzi oğlanlarda, xüsüsən də ətrafında çox qız tanışları olanlarda ilk öpüşün bir önəmi yoxdur. Onlar buna yalnız ehtiras gözü ilə baxırlar. Bəlkə də sevdiyi xanım olsa belə fikirləşməz, lakin buna da aldanmaq lazım deyil. Bəzi hallarda isə öpdüyü xanıma “ Həyatımda ilk dəfədir ki, bir qadını öpəndə, bu qədər zövq aldım”- deyirlər. Buna inanıb inanmamaq isə artıq qızlarımıza qalıb.
Qadınlar ilk öpüşü demək olar ki, sevgiyə başladıqları andan etibarən fikirləşirlər. Amma onlar üçün önəmli olan ehtiras yox, sevgini hiss etdirməkdir. Bu da onlar üçün bir sınaqdır. Lakin bunu ilk dəfə sevdikləri biri ilə edəndə onlar bundan zövq alır və unudulmaz bir xatirə kimi yadda saxlayırlar. Amma sevmədikləri biri ilə öpüş onları incidir, bəzi hallarda iyrəndirir, bəzi hallarda isə öpüşə nifrət etməklərinə səbəb olur. Özlərini hörmətsiz və alçalmış hiss edirlər. Bəzi hallarda oğlanlar buna məhəl qoymadan qızın istəmədiyini gördüyü halda öpüşmək istəyir və onları buna məcbur edirlər.
Qadınlar ilk öpüşdükləri oğlanın gələcək həyat yoldaşı olmasını və onunla birlikdə bir ömür boyu xoşbəxt yaşayacaqlarını istəyirlər. Bu isə bəzi hallarda olur.(qadinklubu)
Qaynarinfo.Az