Xəbər lenti

Kişi şahmatçılarımızdan növbəti qələbə
İdman15:33 25.10.2019

Kişi şahmatçılarımızdan növbəti qələbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kişi şahmatçılardan ibarət millimiz Batumidə komandalararası Avropa çempionatının ikinci turunu uğurla başa vurub.
Qaynarinfo xəbər verir ki, yığmamız Fransa komandasına 2:5:1,5 hesabla qalib gəlib.
Şahmatçılarımızdan Şəhriyar Məmmədyarov Maksim Laqarde, Arkadi Naydiç Eduard Romeyn, Qədir Hüseynov isə Tiqran Qaramyanla heç-heçə ediblər. Rauf Məmmədov Mark Maurizini məğlub edərək komandamızın aktivinə 1 xal yazdırıb. Onun bu qələbəsi komandamızın Fransa yığması üzərində üstünlüyünü təmin edib.
Kişi şahmatçılarımız birinci turda Serbiya yığmasına 3,5:0,5 hesabı ilə qalib gəliblər.
Xatırladaq ki, kişilərdən ibarət komandamız hazırkı Avropa çempionudur. Yığmamız ümumilikdə 3 dəfə Avropa çempionu olub.