Xəbər lenti

Kitab biznesi və çap mediasının inkişafına təkan verəcək qərar
Ölkə 16:38 13.05.2022

Kitab biznesi və çap mediasının inkişafına təkan verəcək qərar

Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı Əlavə dəyər vergisindən (ƏDV) azad edilib. 

Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Kağız məhsullarının idxalı və satışının ƏDV-dən azad olunması ilə bağlı qanun yanvarın 1-dən qüvvəyə minsə də, icra olunmurdu. Müvafiq qurumlar bunu texniki məsələlərlə izah edirdi. 

Qanunun icra olunması bu sahədə çalışanların narazılığına səbəb olmuşdu. Xüsusilə, naşirlər qanunun icra olunmamasından narazılıq edirdilər. Hətta bir müddət əvvəl "Qanun” Nəşriyyat Evinin rəhbəri Şahbaz Xuduoğlu məsələ ilə əlaqədar mətbuat konfransı keçirmişdi.

Kağız məhsullarının ƏDV-dən azad edilməsi Azərbaycanda kitab biznesi və çap mediasının inkişafına təkan verə bilər. Çünki bu halda istər kitab nəşrinin, istərsə də çap mediası məhsullarının maya dəyəri və istehsal xərcləri əhəmiyyətli dərəcədə azalacaq. 

Məsələ ilə bağlı ölkənin çap mediası subyektləri rəhbərləri ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində aparılan müzakirələr və yayım şirkətləri ilə görüşlərdə səsləndirilən fikirlər bu yanaşmanı dəstəkləyir.

Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişiklik və bu gün imzalanan qərar media sahəsində aparılan əsaslı islahatların ardıcıllığının və vahidliyinin təmin edilməsinin, eləcə də bu sahədə görülən tədbirlərə kompleks yanaşmanın təzahürü olmaqla, çap mediası subyektlərinin və çap məhsullarının yayımını həyata keçirən şirkətlərin səmərəli fəaliyyətinə və iqtisadi dayanıqlılığının artmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->