Xəbər lenti

KİV: PSJ-nin yeni baş məşqçisi müəyyənləşdi
İdman05:12 31.03.2018

KİV: PSJ-nin yeni baş məşqçisi müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çempionlar Liqasında mübarizəni 1/8 finalda dayandıran PSJ baş məşqçi dəyişikliyinə hazırlaşır. 
Qaynarinfo xəbər verir ki, Paris klubunun artıq yeni çalışdırıcı ilə anlaşdığı iddia olunub.
Bu barədə kluba yaxınlığı ilə tanınan "Le Parisien" qəzeti məlumat yayıb. Qəzet iddia edir ki, ötən ilin sonlarında Dortmund "Borussiya"sından ayrılan Tomas Tuçel PSJ ilə razılığa gəlib. 
44 yaşlı mütəxəssisin adı "Çelsi", "Bavariya" və "Arsenal"la da yanaşı çəkilirdi. Hətta onun "Arsenal"la anlaşdığı iddia olunmuşdu.