Xəbər lenti

İdman 16:43 10.12.2023

KİV: PSJ və "Real Madrid" Mbappenin transferi ilə bağlı razılığa gəlib

"Real Madrid" fransalı hücumçu Kilian Mbappenin transferi üçün PSJ ilə razılığa gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə sport.fr məlumat yayıb.

Tərəflərin razılığına əsasən, PSJ Mbappe üçün transfer haqqı və bonus ala biləcək. Lakin məbləğ açıqlanmayıb.

Fransız hücumçu ildə 35 milyon avro alacaq ki, bu da onu "Real Madrid" oyunçuları arasında ən çox maaş alan futbolçu edəcək. O, cari mövsümdə vergilərsiz 56 milyon avro maaş alsa da, daha az əmək haqqı qarşılığında İspaniyaya getməyə razılıq verib.

İspaniya klubu həmçinin futbolçu üçün bəzi qaydaları istisna etməyə və onun imicindən meydandan kənarda istifadə etmək üçün bütün hüquqları təmin etməyə hazırdır.

Qeyd edək ki, bu mövsüm Mbappe Liqa 1-də 13 matçda iştirak edib, 15 qol vurub və 2 məhsuldar ötürmə edib. AS dekabrın 6-da bildirib ki, "Los Blancos" rəhbərliyi 24 yaşlı forvardın nümayəndələri ilə 2024-cü il yanvarın 1-də müqavilə təklifi ilə əlaqə saxlamağı planlaşdırır. Futbolçunun qərar verməsi üçün iki həftə vaxtı olacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->